Ümumdünya Səhiyyə Təşkilatı 3 mart tarixini “Eşitmə günü “ kimi qeyd edir- Özəl

190

Ümumdünya Səhiyyə Təşkilatı 3 mart tarixini “Eşitmə günü “ kimi qeyd edir. Eşitmə qabiliyyətinin itirilməsi bu gün dünyada əlilliyin ən geniş yayılmış formalarından biridir.

Sosialmedia.az xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə bu gün bir qrup eşitmə məhdudiyyətli şagirdlər üçün Milli Xalça Muzeyinə ekskursiya təşkil edildi.

Təşkilat sədri Cəmilə Abdulova xəbər verir ki, bildiyimiz kimi Azərbaycanda 2023 cü il “Heydər Əliyev ili” kimi qeyd edilir. Biz də təşkilat olaraq bu il çərçivəsində, Azəraycanımızın milli bayramı Novruz bayramı ərəfəsində , “3 mart Eşitmə günü” ilə əlaqədar müzey ekskursiya turu təşkil etdik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz”. Ulu öndərin bu tövsiyəsinin həyata keçirilməsində müasir dövrün sürətlə inkişafda olması ilə yanaşı , qədim tariximizin qorunması sahəsində əhəmiyyət kəsb edən muzeylərin üzərinə böyük vəzifələr düşür. Eşitmə məhdudiyyəti olan şəxslər informasiyanı Jest dilində əldə etməklə anlasalar da əyani şəkildə gördükdə daha yaxşı yadda saxlayırlar. Milli Xalça Muzeyi hər zaman həssas qrupdan olan şəxslərə xüsusi diqqət göstərir.

Ekskursiyada Sağlamlıq imkanları məhdud uşaqların 3 sayll məktəbin şagirdləri və müəllimləri Günel Kərimova, Xəyalə Saadova iştirak edib. Məktəblə daima əməkdaşlıq edən İctimai Birliyin məqsədi Azərbaycan mədəniyyətinin inciləri, memarlıq salnamələri və zəngin mədəni irsi haqqında şagordlər Jest dilində məlumat verməkdir. Eyni zamanda, onların asudə vaxtlarını səmərəli təşkil etmək, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq və muzeylərin kolleksiya fondu ilə tanış etməkdən ibarətdir.