Şəhidimiz Hüseynov Eşqin bu gün dəfn olunacaq-ÖZƏL

119

Sosialmedia.az xəbər verir ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu bu gün səhər Tovuz rayonunun Hunanlar kəndində dəfn olunacaq.

Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir.