“Azərit” ASC-nin baş energetiki iş yerində dünyasını dəyişib- Özəl

236

Sosialmedia.az xəbər verir ki, hadisə martın 6-sı saat 16:00 radələrində baş verib. Elxan Misirxanov cəmiyyətə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman onun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəhər Prokurorluğunda “səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.