Qazaxıstanda söyüş söyənlər cəzalandırılacaq-ÖZƏL

100

Sosialmedia.az xəbər verir ki,bu gündən Qazaxıstanda yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib, söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılıb.

Bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir və təzyiqlərə yol verən, ictimai binalara və yaşayış yerlərinə, habelə ictimai nəqliyyat vasitələrinə və ictimai əmlaka zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, insanların ictimai asayişini və əmin-amanlığını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Günahı sübuta yetirilənlərə 69 min tenge (təxminən 3 min TL) və ya 15 günə qədər həbs cəzası veriləcək. Cinayətin təkrar törədildiyi təqdirdə həbs cəzası 30 günə qədər artırılacaq.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 3-də “İnzibati xətalar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.