Gürcülər nəyə etiraz edir? -ÖZƏL

95

Öncə parlamentdə, daha sonra isə küçələrdə başlayan gərginliyin səbəbi ilk oxunuşda qəbul edilən “xarici agentlər”lə bağlı qanun layihəsidir.

Sosialmedia.az xəbbər verir ki, hökumət partiyasının təklif etdiyi qanuna görə, illik gəlirinin 20%-dən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Gürcü müxalifəti və əhalisi də bu qanunun qəbuluna etiraz edir. Hətta ABŞ-da səfərdə olan ölkə prezidenti Salome Zurabişvili də dünənki müraciətində xalqa dəstəyini ifadə edərək qanunun qəbuluna veto qoyub.