İran Volkan adlı azərbaycanlı körpəyə kimlik vəsiqəsi vermir-ÖZƏL

92

Sosialmedia.az xəbər verir ki, 40 gündən çoxdur ki, İran Qeydiyyat İdarəsinin Təbriz şöbəsi Volkan adlı azərbaycanlı uşağa kimlik vəsiqəsi verməkdən imtina edir.

Körpənin yaxınlarının verdiyi məlumata görə, Qeydiyyat İdarəsi Volkan adının xarici ad olduğunu deyir.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildiriblər.

İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.