Qurgen Nersisyan Xankəndində Qarabağın Rus İcması Şurasının üzvləri ilə görüşüb- Özəl

116

Sosialmedia.az xəbər verir ki, Separatçı rejimin dövlət naziri Qurgen Nersisyan Xankəndində Qarabağın Rus İcması Şurasının üzvləri ilə görüşüb.

Görüş zamanı sosial, təhsil, mədəni-mənəvi sahələrlə bağlı məsələlər müzakirə olunub.

Separatçı Qurgen İcma üzvlərini əmin edib ki, o, Qarabağda yaşayan slavyanların və pravoslavların kimliyinin qorunub saxlanılmasına, eləcə də Rusiya-Ermənistan münasibətlərinin hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə öz töhfəsini verəcək.

İcma üçün prioritet layihə Xankəndi şəhərində Rus Dram Teatrından əlavə olaraq, təhsil mərkəzi, muzey, uşaq otağı və pravoslav kilsəsinin yerləşəcəyi Rus Mədəniyyəti Evinin tikilməsidir.

Qarabağda nə vaxtdan rus icması peyda oldu? Bunlar Donbas Luqansk senarisini Qarabağda oynamağa başlayıblar.