Qəbələ rayonunda “Ailə modeli” mövzusunda təlim keçirildi-ÖZƏL

77

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin növbəti təlimi Qəbələ rayon gəncləri ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirildi.
Təlimçi – Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Əhədova Qəbələ şəhərində keçirilən təlimlərdə iştirakçılarla interaktiv təlim metoduna üstünlük verərək “ Ailə modeli” mövzusunda müzakirələr apardı.

Müzakirələr zamanı ailə modeli necə olmalı, xoşbəxtliyin əsas amilləri , ailədə kişi və qadınlarln rolu və öhdəlikləri ətrafında söhbətlər aparıldı. Ailələr və gənclərin gələcək ailələrinin xoşbəxt, mehriban və uzunömürlü olması istiqamətində tövsiyyələr verildi. Qarşılıqlı sual – cavab əsasında gənclərin hətta öz valideynləri ilə münasibətləri ətrafında da söhbət aparıldı.

Dilşad xanım, bu və buna bənzər başqa mövzularda təlimlərin tez – tez keçirilməsini məqsədəuyğun hesab etdiyini söylədi. Gənclər daha çox maariflənməli, özlərini daha aydın ifadə etməyi bacarmalıdır .

Gələcək ailələrinin təməlinin möhkəm və güvənli olması üçün ilk növbədə özlərinin güvəni və özünü ifadə etmə bacarığının yüksək olmasını vurğuladı. Qəbələdə keçirilən iki günlük təlimlərdə haqqında danışılan və ciddi müzakirələrə səbəb olan müasir ailə modelində kiçik ailə cəmiyyətinə sosial şəbəkələrin xoşagəlməz təsirlərinin gənclər tərəfindən həyəcanla qarşılandığı çox düşündürücüdür” fikriylə layihə üzrə ekspert Nailə İsmayılova da öz həyəcanını gizlədə bilmədi. O, müasir gəncliyin bu kimi layihələrdə iştirak edərək, düşündürücü mövzulara öz töhvələrini verməklərini tövsiyyə etdi.