Şanlıurfada 3 rayona su verilməyəcək- Özəl

125

Sosialmedia.az xəbər verir ki, Şanlıurfa Böyükşəhər Bələdiyyəsi, şəhər mərkəzindəki 3 məhəllə müvəqqəti olaraq şebeke suyunun verilməyəcəyini açıqlayıb.

Şanlıurfada baş verən sel fəlakəti səbəbiylə şəhər mərkəzini su ilə təmin edən içməli su təmizləyici qurğuların suqəbuledici strukturuna keyfiyyətsiz palçıqlı su gəlməyə başlayıb.

Bələdiyyədən verilən açıqlamada, Atatürk Barajı hövzəsində həddindən artıq çirklənmə səbəbindən şəhər mərkəzindəki Haliliye, Karaköprü və Əyyubiyə rayonlarına şebeke suyunun müvəqqəti verilə bilmədiyi bildirilib.

Təmiz suya əlçatmazlıq halında mənşəyi bilinməyən su istehlak etməməyin sağlamlıq üçün vacib olduğuna diqqət çəkən açıqlamada, “Rəsmi mənbələrimizdən ikinci bir düzəliş gələnə qədər bütün vətəndaşlarımızdan bu mövzuda həssas olmaları xahiş olunur. ” ifadəsindən istifadə edilmişdir.