Sahibə Qafarova zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət edib- Özəl

106

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin mənzil qərargahında Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət edib

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

Ziyarətçilər həlak olunların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.
Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.