Bərdədə nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb- Özəl

121

Sosialmedia.az xəbər verir ki, AQTA müfəttişləri tərəfindən Bərdə rayonu, Dəymədağıldı kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Mətləb Əli oğluna məxsus pendir sexində yoxlama keçirilib.

Baxış zamanı sexdə gigiyena qaydalarına və qidatəhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb.