Ziyalılarımız şəhid Rəşad Quliyevin ailəsini ziyarət etdi- Özəl

306

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi həyata keçirdiyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə çərçivəsində Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarına qatılan və misli görünməmiş qəhrəmanlıqlar göstərən igidlərimizdən biri olan şəhid polkovnik-leytenant Rəşad Quliyev barəsində “Canavar”ın döyüş yolu” adlı film çəkilir.

Bu gün müqəddəs Ramazan ayında layihə rəhbəri Məlahət Abdullyeva və layihədə könüllü kimi iştirak edən “Türk Dünyası Turan Düşüncə Mərkəzi“ İB İdarə Heyəti üzvü və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvü, filologiya elmləri doktoru, professor İmaməddin Zəkiyev, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti üzvü, şair-publisist Seyidağa Seyid Sadıq şəhid polkovnik-leytenant Rəşad Quliyevin ailəsinə baş çəkmişlər.

Şəhidimizin anası nur çöhrəli Mətanət xanım Rəşad Quliyevin hələ kişik yaşlarından mərd, cəsarətli olduğundan, gəc yaşlarında rəhmətə getmiş atası Rəşid Quliyevin arzusu ilə hərbçi peşəsini seçməsindən, həmçinin böyük Vətən sevgisindən söhbət açmışdır.

Professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü İmaməddin Zəkiyev Qarabağımızın azad olunmasında Ali Baş Komandan möhtərəm İlham Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin, qəhrəman ordumuzun əvəzsiz rolundan danışdı. Söylədi ki, bu gün Güney Azərbaycan türklərini milli azadlıq uğrunda mücadiləyə qalxmasına ruhlandıran da şəhidlərimiz, zəfər qahrəmanlarımızdır. Mən inanıram ki, Ali Baş Komandanımızın vurğuladığı kimi, Türkiyə, Şimali Azərbaycan və Güney Azərbaycanı türkləri birləşəcək və birləşəndən sonra bu dövlətin qarşısında kimsə dayana bilməyəcəkdir.

Şair-publisit Seyidağa Seyid Sadıq bildirdi ki, Türk dünyası tarixən qəhrəman xalqdır. Məhz 44 günlük qələbə ilə bunu bütün dünyaya sübut etdi ki, Azərbaycan Türk dünyasının Milli ordusu və Milli ordunu lider edən qəhrəman oğulları var. Şəhid Rəşad Quliyev də Vətən qahrəmanlarından biridir.

Tahir Xudiyev söhbət zamanı –“ Vətənsiz şəhid yoxdur, şəhidsiz isə qələbə olmur. Şəhidlik Ulu Tanrı dərgahında ən uca zirvədir”-söylədi.

Ruhun şad olsun, cənab polkovnik-leytenant!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.