ADİU nəzdində Sosial-İqtisad kollecində Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş vərəmlə bağlı maarifləndirmə tədbiri keçirilib- Özəl

247

Sosialmedia.az xəbər verir ki, 6 aprel tarixində Azərbaycam Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İсtimai birliyinin təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-iqtisad Kollecində Vərəmlə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin məqsədi vərəm xəstəliyi, onun simptomları, profilaktikası, diaqnostika və müalicəsi barədə gənclər arasında məlumatlandırmanın aparılması idi.

Tədbir vətən uğrunda döyüşmüş Aprel şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Koalisiya sədri Elçin Muxtarlı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihə koordinatoru Sona Hacıyeva, “Vərəmsiz Gələcəyə Doğru” İctimai birliyinin sədri Çingiz Ramazanlı vərəmlə mübarizə sahəsində həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verdilər. “Sağlamlığa Xidmət” İсtimai birliyinin həkimi ftiziatrı Samirə Muxtarova vərəm xəstəliyi, əlamətləri, ondan qorunmağın yolları barədə təqdimatla çıxış etdi. Tədbirdə 15 dəqiqəlik vərəm haqqında maarifləndirici film nümayiş olundu.

Sonda isə tələbələr arasında müsabiqə keçirilərək, onların xəstəlik barədə verilmiş məlumatları mənimsəməsi yoxlanıldı. Müsabiqədə qalib gələn 5 tələbə mükafatlandırıldı.