“Mənim bir tikə çörəyim və yatmağa yerim olsun bəsimdir.-Məhəmməd Hacıyev- Özəl

109

“Mənim bir tikə çörəyim və yatmağa yerim olsun bəsimdir. Burada yaşamağa razı olaram. Əsas bilim ki, uşaq evindəki uşaqların həyatı yaxşı olacaq. Onlara yaxsı yeməklər verəcəklər.” Sosialmedia.az xəbər verir ki, bu sözləri Məhəmməd Hacıyev vurğulayıb.

Hər kəsə məlum olduğu kimi, Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin sakini, 16 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən ciddi narahatçılıq keçirən vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən kommisiya yaradılıb.
Belə ki, bir qrup QHT nümayəndəsi sosial mediada uşaq evində yaşananlarla bağlı verdiyi müsahibədən sonra dərhal ruhi xəstəxaya yerləşdirilən Məhəmmədin niyə məhs bu müsahibədən sonra bu addımın atılması məsələsinin aydınlaşdırılması və məsələyə düzgün qiymət verilməsi məqsədi ilə uşağın vəziyyəti ilə yaxından tanış olmaq üçün 4 aprel 2023-cü il tarixində 1saylı Respublika Psixiatriya Xəstəxanasında Məhəmmədi ziyarət etdilər.
Uzun illər ailə və uşaq problemləri, səhiyyə və sağlam həyat, insan hüquqları sahəsində çalışmış QHT nümayəndləri adıçəkilən həmin uşaqla görüşüb söhbət apardıqdan sonra onda ilk baxışdan hər hansı bir ruhi xəstəliyin olmamasının şahidi olduqdan sonra həkimlə vəziyyəti müzakirə etmişlər.
Məhəmmədin həkimi uşağın ruhi rəstə olmadığı lakin 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın onu uşaq evinə qəti şəkildə qəbul etmədiyi üçün saxlanıldığı bildirildi.
Söhbət zamanı Məhəmmədin 3 saylı uşaq evində baş verənlər haqqında verdiyi digər məlumatları və onun təhsildən geri qalmasına biganə olan tam orta məktəbin münasibətini nəzərə alaraq məsələnin düzgün hüquqi qiymətləndirilməsi və bu kimi halların aradan qaldırılması məqsədi ilə “Sağlam Gələcək Naminə” QHT Koalisiyasının sədri Nərminə Qəribova, “Qadın və Uşaqların İnnovativ Maariflənməsinə Dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova, “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Fədai, “Qadın Dünyası” İctimai Birlinin sədri Kifayət Niftaliyeva, “Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin sədr müavini Könül Əlizadə, Bakı şəhər Xətai Bələdiyyəsinin üzvü, ictimai fəal Səbinə Abdullayeva, “Ailələrə Soaial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova, “Mədəni İnkişafın Təbliği” İctimaiBirliyinin sədri Xatirə Fərəcli və “Ziyalı ocagı” İctimai Birliyinin sədri İlahə Əliyeva tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi üzrə QHT-lər arası kommisiya yaradıldı.

“Sağlam Gələcək Naminə” QHT Koalisiyasının sədri Nərminə Qəribova bildirdi ki, bütün söhbətimiz zamanı mənim üçün ən ağır gələn Məhəmmədin bu sözləri oldu.
“Mənim bir tikə çörəyim və yatmağa yerim olsun bəsimdir. Burada yaşamağa razı olaram. Əsas bilim ki, uşaq evindəki uşaqların həyatı yaxşı olacaq. Onlara yaxsı yeməklər verəcəklər.