Timsah hücumundan sağ çıxan balıqçı: Barmaqlarımı onun gözlərinə sıxdım- Özəl

131

Avstraliyalı balıqçı şənbə günü timsahın hücumuna məruz qalıb. Adı açıqlanmayan şəxs barmaqlarını timsahın gözlərinə soxaraq xilas olduğunu bildirib.

Sosialmedia.az xəbər verir ki, balıqçı Kvinslend ştatının Kuktaun şəhərindəki ucqar çimərlikdə nizə ilə balıq tuturmuş. Bu arada balıqçı 4,5 metrlik timsahla üz-üzə gəlib.

Kvinslend Təcili Yardım Xidmətindən Valeri Noble bildirib ki, timsah adamı üç dəfə dişləyib və onu suyun dibinə çəkib.

“Balıqçı barmaqlarını bir neçə dəfə timsahın gözünə soxduğunu və qaçaraq sahilə doğru üzdüyünü söylədi”, – Nobl deyib.

“O, son dərəcə şanslı insandır. Çox adam belə bir hekayəni danışmaq üçün yaşaya bilməz.”

Baş, qarın və ayaq nahiyəsindən xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Müalicə olunan balıqçının vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Səlahiyyətlilər isə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və balıq tutmaq üçün bölgəyə gələcək insanların suya girməzdən əvvəl xəbərdarlıq edilməsini istəyib.