Sərhədçilər “Heydər Əliyev zirvəsi”nə yürüş etmişlər- Özəl

190

Sosialmedia.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunmuşdur.