Ana vətən partiyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib- Özəl

313

Sosialmedia.az xəbər verir ki, 08 May 2023 – cü ildə Ana Vətən Partiyasının mərkəzi aparatında partiyanın Ali Məclis üzvlərinin iştrakı ilə bütün həyatını xalqımızın firəvanlığına, xoşbəxt gələcəyinə, azadlığına, müstəqilliyinə həsr edən, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, milli iftixarımız, fəxarət və qürurumuz, Dahi Şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı “Heydər Əliyevin siyasi irsində istiqlal məfkurəsi və milli dövlətçilik konsepsiyası” mövzusunda çıxış etdi. Ulu Öndərimizin həm hakimiyyətdə olduğu birinci dövrdə xaıqımızın milli məfkurəsinin formalaşması və inkişafında göstərdiyi müstəsna xidmətlər, həm də 90 – ci illərdə dövlətçiliyimizin məhv olma təhlükəsi ilə qarşı- qarşıya olduğu çətin anlarda xalqın iradəsinə söykənərək siyasi hakimiyyətə gəlməsi, milli dövlətçiliyimizi yaradaraq onun təməlini qoyaraq bu günki inkişaf səviyyəsinə çatdıra biləcək siyasi irsi haqqında ətraflı danışdı. Daha sonra Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ali Məclisin üzvləri xalqımızın qəlbində və yaddaşında əbədi yaşar Ulu Öndərimizin məzarını ziyarət etdilər. Ümummilli Lidermizin əziz ruhuna dualar oxuyub, Uca Tanrıdan rəhmət dilədilər.

Allah rəhmət eləsin.