Azərbaycan təmsilçisi BMT-də səhiyyə müzakirəsində- Özəl

256

Sosialmedia.az xəbər verir ki, Nyu- York şəhərində yerləşən BMT-in Baş Qərargahında Baş Assambleyanın vərəm və universal tibbi təminatla bağlı dinləmələrində “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva iştirak edib.

Belə ki, 2023-cü il sentyabr ayın­da BMT-in Mənzil Qərargahında Baş Assambleyanın vərəmlə bağlı yüksək səviyyəli görüşü keçiriləcək. BMT üzvü olan ölkələrin liderləri 2030-cu ilədək vərəmə son qoymaq üçün hazırlanacaq siyasi bəyannaməyə imza ataraq öhdə­liklər götürəcəklər. Bəyannamə qəbul olunmadan öncə BMT bir çox ölkədən mütəxəssisləri dəvət edərək vərəmlə bağlı onların dinləmələrdə iştirakını tə­min edib.

İclasda P.Vəliyeva Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasına üzv olan Vətəndaş Cəmiyyəti təşkilatlarını və vərəmin təsirinə məruz qalan icma nümayəndələrini təmsil edib.

Vərəmlə mübarizə aparan vətəndaş cəmiyyəti təşkilatlarının siyasi bəyan­namədən gözləntiləri 2030-cu ilədək ən son beynəlxalq protokollara əsasən, vərəmli xəstələrə profilaktika, diaqnos­tika, müalicə və qayğının təmin edilmə­sidir.