Bu gün Beynəlxalq Ailə günüdür- Özəl

131

Bakı, 15 may.

Beynəlxalq Ailə Günüdür.

Sosialmedia.az xəbər verir ki, Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəmə gətirmək nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Azərbaycan xalqının dərin ailə bağları mövcuddur. Cəmiyyətimizdə ailə hər zaman müqəddəs sayılmışdır.
Azərbaycanda ailə modelinin qorunması və müdafiəsi məqsədi ilə “Davamlı Turizmin İnkişafina Dəstək” İctimai Birliyinin və “Sağlam Gələcək Namınə QHT Koalisiyasının sədri Nərminə Qəribova tərəfindən “Ailə Məktəbi” yaradılmış və bu günə qədər də “Ailə məktəbi çərcivəsində müxtəlif layihələrin icrasına davam etdirilir.
“Ailə Məktəbi” kollektivi adından bütün Azərbaycan ailələrini təbrik edir, hamınıza ailə səadəti arzu edirik!