“Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans işinə başlayıb- Özəl

136

Sosialmedia.az xəbər verir ki, Konfrans Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə keçirilir.

Konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının, Mediasiya Şurasının vəzifəli şəxsləri ilə yanaşı Bakı Dövlət Universitetinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri, Bakı şəhəri üzrə icra hakimiyyəti orqanlarının hüquqşünasları, hüquq müdafiəçiləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edir.