Qadına Dəstək Mərkəzi valideynləri qız övladlarına qarşı həssas və məsuliyyətli olmağa cağırır!-Özəl

148

Sosialmedia.az xəbər verir ki, “Sağlam Gələcək Naminə” QHT Koalisiyası Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam qadın sağlam cəmiyyətin təməlidir layihəsi çərçivəsində “Qadına Dəstək Mərkəzi” yaratmışdır.

4 ay davam edən layihə çərçivəsində 210 nərəf məişət zorakılığı və onun aradan qaldırılması barədə məlumatlandırılmış, 40 nəfər qadına hüquqi və psixoloji yardım göstərilmiş, qaynar xəttə müraciət edən 38 nəfər qadına məlumat xarakterli dəstək göstərilmişdir.

Mərkəzin mütəxəssisləri qadınlara qarşı baş verən zorakılıqlar və ölkəmizdə baş verən qadın cinayətlərinə etiraz edərək, valideynləri qız övladlarına qarşı həssas və məsuliyyətli olmağa cağırır!