NATO tərəfdaşları ilə Ukrayna ilə saziş imzalamağa hazır olduğunu açıqlayıb- Özəl

151

Sosialmedia.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi NATO tərəfdaşları ilə Ukraynaya təhlükəsizlik zəmanəti təklifi ilə bağlı saziş imzalamağa hazır olduğunu açıqlayıb. “Fransa Ukraynaya uzunmüddətli perspektivdə özünü müdafiə etməyə və gələcəkdə ona qarşı mümkün hücumların qarşısını almağa kömək edəcək təhlükəsizlik təminatları vermək üçün Ukrayna ilə saziş imzalamağa hazırdır”, – nazirliyin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Paris öz tərəfdaşları ilə birlikdə “uzunmüddətli perspektivdə iqtisadiyyatın bütün sektorlarında Ukraynaya veriləcək ən yaxşı dəstək formasını müzakirə etməyə davam edir”.