Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin Döyüşkən qəhrəmanlarımız adlı layihəsi davam edir -Özəl

182

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin Döyüşkən qəhrəmanlarımız adlı layihəsi davam edir.

Layihə 3 ay olmaqla 5 tədbirdən ibarətdir.
Tədbirlərin mövzuları ;
1. Qazilərimizin psixoloji problemlərinini həllinə dəstək;
2. Qazilərimizin tanıtımı və gənclərlə görüşü ;
3. Qazilərimizin özunə məşğulluq proqramlarına cəlb olunması haqqında məlumat və maarifləndirmə;
4. Qazilərimizin Paralimpiya oyunlarına cəlb olunması və idmançılarla görüşü ;
və sonda= Qazilərimizin asudə vaxtlarının səmərəli keçirməsi üçün, Qazilərimiz arasında komanda olaraq, boulinq yarışının təşkili.

Qazilərimiz arasında komanda yarışı təşkil edilərək Boulinq yarışı, Park Bulvar AVM mərkəzinin boulinq zalında təşkil olundu. Yarışmada 30 nəfər 44 günlük Vətən müharibəsi, qazilərimiz iştirak edirdi. Onlar həm əyləndilər və qalıb olmaq üçün həm də rəqabət apardılar.
Sonda 1,2, 3-cü , yerlərin sahibləri diplom və hədiyələrlə mükafatlandırıldılar, qalan iştrakçılara da sertifikat və hədiyələr təltif olundu.

Layihə və təşkilat rəhbəri Paralimpiyaçı taekvondo üzrə dunya və Avropa çempionu əməkdar idman ustası Aynur Məmmədovadır.
Bu tədbirin həyata keçməsinə görə bizə şərait yaradan Park Bulvar AVM mərkəzinin rəhbərinə, Boulinq zalının rəhbərinə və kollektivinə xüsusi təşəkkürmizü bildiririk.