Fransada Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı genişmiqyaslı dezinformasiya kampaniyası ifşa edilib- Özəl

176

Sosialmedia.az xəbər verir ki, Fransada Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı genişmiqyaslı dezinformasiya kampaniyası ifşa edilib. İl ərzində internetdə 355 veb domeni fəaliyyət göstərib, Avropa, ABŞ və Yaxın Şərqdən nəşrlər adı altında rusiyayönlü məzmun dərc edib.

Məsələn, məşhur Le Monde və Figaro qəzetləri də daxil olmaqla, Fransanın dörd KİV-ində 58 saxta məqalə aşkar edilib. Fransa Xarici İşlər Nazirliyinə bənzəyən sayt Ukraynaya kömək üçün saxta “təhlükəsizlik vergisi” haqqında yazıb.