Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz atıcı silahlardan atəşə tutulub-Özəl

276

Sosialmedia.az xəbər verir ki, iyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.