Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları “Aybın” hərbi vətənpərvərlik toplanışında iştirak edirlər- Özəl

306

Sosialmedia.az xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Qazaxıstanın “Spassk” təlim mərkəzində keçirilən “Aybın” hərbi vətənpərvərlik toplanışında iştirak edirlər.

Azərbaycan, Qazaxıstan və Özbəkistandan ümumilikdə 43 komanda üzrə 700 nəfərin iştirak etdiyi toplanışda plana uyğun olaraq intellektual, hərbi-taktiki səhra oyunları, yaradıcılıq və robototexnika üzrə yarışlar keçirilir.

Hərbi vətənpərvərlik toplanışı zamanı hər üç ölkənin hərbçiləri təmsil etdiyi xalqların mədəniyyətini əks etdirən proqramlar təqdim edib. Azərbaycana aid bölmədə ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələrinə dair kursantlarımızın nümayiş etdirdiyi ekspozisiyalar böyük maraqla izlənilib.
Toplanış çərçivəsində “Aybın – dostluq məkanı” parkında ağacəkmə aksiyası keçirilib. Həmçinin iştirakçıların hərbi texnika sərgisi və səyyar muzey ekspozisiyasını ziyarəti də planlaşdırılır.