İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi ilə bağlı İctimai müzakirələr təşkil olunacaq- Özəl

363

Sumqayıt şəhəri və ətraf rayonlarda İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi ilə bağlı ictimai müzakirələr təşkil olunacaq.

Bu barədə Sosialmedia.az saytına “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib.

Təşkilat sədri qeyd edib ki, rəhbərlik etdiyi ictimai birlik Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.07.2023-cü il tarixindən Sumqayıt şəhəri və ətraf rayonlarda İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi ilə bağlı Ictimai müzakirələrin təşkili layihəsinin icrasına başlayıb.

Səbinə Kərimovanın sözlərinə görə layihənin 3 ay müddətində Sumqayıt şəhəri və ona yaxın olan rayonlarda təşkil olunması nəzərdə tutulur.

“Layihənin əsas məqsədi Sumqayıt və yaxın reginonlarda İcbari Tibbi Sığorta haqqında əhalinin maarifləndirilməsi, onların İTS əlçatanlığının təmin olunmasına yardımçı olmaq, “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır.
Qeyd edək ki, layihə ümümilikdə 200 nəfəri əhatə edəcək.”