“Jest Dilində İcbari Tibbi Sığorta xidmətləri haqqında məlumat bazanın yaradılması və maarifləndirici tədbirlərin təşkili ” layihəsinə start verildi-Özəl

161

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi , “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin icra etdiyi”Jest Dilində İcbari Tibbi Sığorta xidmətləri haqqında məlumat bazanın yaradılması və maarifləndirici tədbirlərin təşkili ” layihəsi 01 iyul 2023 cü il tarixindən icrasına başlanıldı. Layihə 3 ay davam edəcək.

Sosialmedia.az xəbər verir ki, Layihə rəhbəri Cəmilə Çingiz qızı
“Layihənin məqsədi, İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər imkanlar yaratmaq, İcbari tibbi sığortanın hamı üçün əlçatan olmasını təmin etməkdir.

İTS öz məlumatlarını buklet, kitabça, sosial çarxlar vastəsi ilə əhaliyə çatdırır. Lakin onların jest dilində heç bir məlumat bazası yoxdur. Azərbaycanda yaşayan eşitmə məhdudiyyətli insanların səhiyyəyə əlçatanlığını bərabər təmin edilməsi məqsədi ilə İTS xidmətlərinin elektron məlumatlandırma sisteminin Jest dilində təminatına ehtiyac duyulurdu.

Eşitmə və nitq məhdudiyyətli şəxslərin bir çoxu oxumasında çətinliyi olan şəxslərdir deyə onlar yalnız işarət dilində daha yaxşı başa düşürlər. Bunun üçün biz onların asan başa düşə biləcəyi dildə İTS xidmətləri barədə məlumat hazırlanması üçün dəstək verməliyik. Eşitmə məhdudiyyətli insanlar üçün İTS xidmətləri haqqında məlumatlandırıcı baza yaratmaqla biz onların bu xidmətlərdən düzgün və rahat istifadəsini təmin edə bilərik.” deyə vurğulayıb.