İnsan alverinin qarşısının alınması: Yeni layihənin icrası başlayıb – FOTOLAR- Özəl

349

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən“İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsinin icrasına başlanıb.

Sosialmedia.az xəbər verir ki, icraçı İçtimai Birlik 2003-cü ildə yaradılıb və 2005-ci ildə dövlət qeydiyyatından keçib. Təşkilatın əsas missiyası qadınların hüquqlarının müdafiəsi, qadınların içtimai-siyasi həyatda aktivliyinin artırılması, qadınlara və onların ailə üzvlərinə pulsuz sosial, psixoloji, hüquqi və digər zəruri xidmətlərin təşkilindən ibarətdir.

Təşkilat tərəfindən icra olunan layihənin əsas məqsədi Sumqayıt şəhəri və digər regionlarda insan alveri, ondan qorunma mexanizmləri barədə əhalini məlumatlandırmaqla risk qrupuna daxil olan şəxsləri insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır. Layihə çərçivəsində insan alveri mövzusunda təlimlər, ictimai müzakirələr, TV verlişlərin hazırlanması və nümayişi nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində hüquqları pozulmuş, həssas qrupa daxil olan şəxslər üçün fərdi psixoloji, hüquqi, sosial xidmətlər də təşkil olunacaq.

Eyni zamanda qadınlara müəyyən ixtisasa yiyələnməkdə və sonradan işlə təmin olunmağda informasiya yardımı göstəriləcək. Layihə çərçivəsində həyata keçirdiləcək bütün fəaliyyətlərə könüllülər cəlb ediləcək.

Layihənin imkanlarından yararlanmaq istəyən şəxslər, onun icrasında könüllü qismində iştirak etmək arzusunda olan şəxslər bu əlaqə nömrələri ilə təşkilata müraciət edə bilərlər: (050) 680 22 22, (050) 300 87 88, (01864) 64 24827

Ünvan: Sumqayıt şəh, 1-ci mikr, bina 45b, Mərkəzi kitabxananın yanındakı hündürmərtəbəli binanın 1-ci mərtəbəsi