Ən hiyləgər quş hansıdır-Özəl

260

Sosialmedia.az xəbər verir ki, Tutuquşu “Kea” dünyanın ən ağıllı və hiyləgər quşu hesab olunur. Yeni Zelandiyada yaşayan bu inanılmaz tutuquşular ağıl baxımından delfinlərlə belə rəqabət edə bilər.

Keaların qida rasionu isə olduqca zəngindir. Hətta bəzən qoyun sürüsünə belə hücum edirlər. Bunun üçün kealar hiyləgər taktikadan istifadə edirlər: qurbanının yanında dayanır, sonra isə birdən onun kürəyinə cumaraq dəri altı piyindən qoparırlar.

Beləliklə qoyun möhkəm şəkildə yaralanır. Heyvan quşu cəld hərəkətlə tullasa da, quş fəaliyyətini dayandırmır. Hadisənin finalı qoyun üçün faciəli bitir: Heyvan kürəyindəki «süvari» ilə ölənə qədər qaçır. O, hətta hansı yolla quşdan qurtulsa belə, aldığı yaralardan həlak olur. Bu zaman kea dəstəsi cəmdəyin üstünə hücum çəkərək qidalanmağa başlayır