Vəhşi pişiyin qaçırdığı 15 günlük körpə damdan yıxılaraq ölüb- Özəl

203

Sosialmedia.az xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında vəhşi pişik yeni doğulmuş körpəni qaçıraraq onu damdan ataraq ölümünə səbəb olub.

Hindistanın Badaun şəhərində vəhşi pişik anasının yanında yatan əkiz körpələrdən birini götürərək qaçıb.

Polis rəsmiləri ata Həsənin qovduğu pişiyin ağzında gəzdirdiyi körpəni damdan yerə atdığını bildirib.

Rihan adlı 15 günlük körpə yıxıldığı yerdə dünyasını dəyişib.

Baba Həsən polisə bildirib ki, körpələr doğulandan bəri heyvan hər gün evlərinə gəlir və daim pişiyi təqib edirlər.