Faringit nədir-Özəl

370

Sosialmedia.az xəbər verir ki, faringit
xalq arasında boğaz ağrısı
kimi tanınan faringit boğazın arxa hissəsini əhatə edən selikli qişanın iltihabı xəstəliyidir.

Bu iltihab boğazda narahatlıq, quruluq və udma çətinliyinə səbəb ola bilir. Xəstəliyin müddətinə görə faringit iki yerə bölünür. Əgər faringit yeni yaranıb və ciddi şikayətlərə səbəb olubsa, bu vəziyyət “kəskin faringit” kimi təyin olunur. Kəskin faringitdə xəstənin şikayətləri daha qabarıq şəkildə özünü göstərir.

Boğaz ağrısı, udma çətinliyi, boğazda quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək kimi şikayətlər olur. Kəskin faringit adətən yuxarı tənəffüs yollarının infeksiyasıdır.

Faringitin Əlamətləri Nələrdir?
Faringitin inkubasiya müddəti adətən 2-5 gündür. Xəstəliyi müşayiət edən simptomlar faringitə səbəb olan vəziyyətdən asılı olaraq dəyişsə də, xəstəliyin əlamətlərini ümumiyyətlə aşağıdakı kimi sıralamaq olar:

Boğazda yanğı, qıcıqlanma və qaşınma hissi;
Udqunma zamanı çətinlik və ağrı;
Burun axması və davamlı quru öskürək;
Baş ağrısı və yorğunluq hissi;
Bədəndə ağrılar və hərarət;
Ağızda qeyri-adi dad;

Ümumi pozğunluq və iştahsızlıq və s.
Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Faringitin Yaranma Səbəbləri Nədir?
Faringitin yaranma səbəbləri müxtəlif olsa da, təxminən 90% nisbətində xəstəlik bakterial, göbələk, ətraf mühit və şəxsi faktorlar səbəbi ilə yaranır. Virus və bakteriyalar faringitin yaranmasının ən çox yayılmış səbəbidir. Virus faringiti udlağın iltihabi proseslərinin təxminən 70%-ni təşkil edir. Bundan əlavə isə, faringitə ən çox soyuqdəymə, qrip və ya mononükleoz kimi viral infeksiyalar da səbəb olur.

Faringitin Müalicəsi Necə Olmalıdır?
Kəskin faringitdə infeksiya iştirak etdiyi üçün infeskiya müalicəsi vacibdir. Bundan əlavə, ağrıkəsicilər, qızdırma salan dərmanla,r öskürək və ağız qarqaraları istifadə edilə bilər. Lakin, xroniki faringitin müalicəsi çox çətindir. Faringitin bu növündə xəstəlik çox vaxt tamamilə aradan qaldırılmır. Müalicə zamanı xəstəliyə səbəb olan amilləri (allergiya, sümük əyriliyi və s.) aradan qaldırmaq vacibdir. Bakterial faringitdə xəstəyə burun spreyi, antibiotiklər və s. verilərkən bunlarla yanaşı, xəstələrə aşağıdakı tövsiyələr də verilir:

Gün ərzində çox su içmək;
İstirahət edilməsi;
İlıq duzlu su ilə qarqara etmək;
Ağrıları aradan qaldırmaq üçün isti mayelər içmək;
Boğaz quruluğu üçün buxarlandırıcıların tətbiq edilməsi və s.