Ceyhun Bayramovla Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub

217

Sosialmedia.az xəbər verir ki, 27 iyul tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələlər, eləcə də post-münaqişə dövründə bölgədə vəziyyət üzrə fikir mübadiləsi aparıblar.