Sumqayıt orta məktəblərində Vətən müharibəsindəki qələbəmizin təbliği- Özəl

159

“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi “Sumqayıt orta məktəblərində Vətən müharibəsindəki qələbəmizin təbliği ilə bağlı maarifləndirmə işinin dəstəklənməsi” layihəsini həyata keçirir.

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi yeni yetişən nəslin milli-mənəvi dəyərlərin qorunmasının, bədii-estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə kömək etməkdir.
Layihənin hazırlıq işləri artıq başa çatıb. Sumqayıt orta məktəbləri arasından 2 məktəb 23№-li və İsmət Qayıbov adına 1№-li tam orta məktəbləri seçilib. 23 №-li tam orta məktəb Murad Məmmədov, Elçin Cəbrayılov və Vüsal Allahverdiyev, 1№li orta məktəb Mustafalı Əlizamin kimi Şəhid məzunları ilə fəxr eləyirlər.

Qeyd edək ki, layihənin məlumat lövhəsi (roll up) çap olunub.