İtaliyada Adına Bayram Elan Edilən, Heykəli Ucaldılan Türk Əsgəri-Özəl

223

Sosialmedia.az xəbər verir ki, Osmanlı ordusunun yeniçərilərdən olan Balaban Həsən İtaliyada indi də hömətlə anılır. O, Osmanlı Vyananı mühasirəyə alan zaman bu döyüşə qatılır, lakin döyüşdə ağır yaralanır və atına minərək oradan uzaqlaşır.

Sonda taleyi onu İtaliyanın Moeno qəsəbəsinə gətirib çıxarar. Yerli əhali yaralı əsgərə kömək əli uzadır və onu sağaldır. İtaliyanca bilməsi də Balaban Həsənin köməyinə gəlir. Daha sonra Balaban Həsən burada həyat qurur. Hər şey yolunda gedərkən, bir gün kəndə alman dərəbəylərinin əsgərləri gəlib əhalidən ağır vergi almağa başlayır.

Bunu görən Balaban Həsən əhalini başına toplayıb alman əsgərlərinə qarşı üsyana qalxıb, qalib gəlir. Balaban Həsən bu qəsəbənin tarixində o qədər önəmli yer tutur ki, buraya sonralar “La Turqie” ləqəbini verirlər.

Qəsəbinin mərkəzi Balaban Həsənin heykəlləri və türk bayraqları ilə bəzədilib. Hər il İtaliyanın Moeno qəsəbəsində onun şərəfinə şənliklər təşkil olunur.