Sumqayıtda tədbir keçirildi- Özəl

216

İstedadlı Əlillər Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin tədbiri DTSER Agentliyinin tabeliyində Sumqayıt Reabiltasiya Mərkəzində həyata keçirildi.

Sosialmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə etməklə 4 ay müddətində icra edilir. Layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanlarına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir.

Layihənin eksperti Paralimpiya komtəsinin numayəndəsi Kamran Əliyev tədbirdə əlilliyi olan şəxslərə Abilimpiya hərəkatı və Paralimpiya haqqında geniş və ətraflı məlumat verdi. O qeyd etdi ki, ölkəmizdə Paralimpiya hərəkatı geniş yayılmışdı və ölkəmizi təmsil edən idmançılar saysız uğurlar qazanıb. Bayrağımızı yüksəkliklərdə dalğalandırmış, bir çox qızıl, gümüş və bürünc medallar ölkəmizə gətirmişdir. Dünya ölkələriindən 83 ölkəni özünə birləşdirən Dünya Ablimpiya federasiyasına Azərbaycan üç ilə yaxındır ki, üzvü olub və Azərbaycan Ablimpiya Komtəsinin məqsədi Əlilliyi olan insanları peşə kurslarına cəlb etmək, onları beynəlxalq sənət üzrə yarışlarda iştrak etmək üçün çıxışını təmin etmək, məşğulluq sahəsində əliliyi olan şəxslərə yaxından dəstək olmaqdan ibarətdir.

Tədbirdə, DTSER Agentliyinin əməkdaşı Günel Məmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov,SXA-nin Böyük Mütəxəsisi Rəşad Səfərov, Paralimpiya Əlil Velosipetçilər Kulubunun baş məşqiçi Amid Həsənquluyev, , Paralimiyaçı,Avropa-Dünya və Olimpiya rekordçusu,Elvin Abbasov çıxış edərək bildirdilər ki,bu kimi layihələr aktualdır, və belə tədbirlərin bölgələrdə keçirdilməsi vaçibdir.

Tədbirdə vətən müharibəsi Qaziləri və əlilliyi olan şəxlər iştirak etdilər.
Tədbir çərçivəsində Abilimpiya hərəkatı və Paralimpiya idman növləri haqqında ətraflı məlumat verildikdən sonra, mövzu ətrafında geniş müzakirələr aparıldı və mövzu haqqında təkliflər səsləndirildi.
Sonda tədbirə dəvət olunmuş istedadlı əlillərin ifasında mahnılar səsləndirildi. Tədbirin sonunda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

“İstedadlı Əlillər” İctimai Birliyinin
sədri. Qubad Qasımov