Dünyanın ən zəhərli hörümçəklərindən biri Kırşehirdə görüntülənib- Özəl

302

Sosialmedia.az xəbər verir ki, dünyanın ən zəhərli hörümçəklərindən biri olan “argiope lobata” tipli hörümçək Kırşehirdə görüntülənib.

Üzərindəki fərqli naxışları ilə diqqət çəkən “argiope lobata” tipli hörümçək güclü zəhəri ilə insan bədənindəki sinir hüceyrələrini öldürərək can itkisinə səbəb ola bilir.

Ancaq hörümçək insanlara asanlıqla hücum etmir. Onun ölümcül zəhəri “neyrodegenerativ” xəstəliyin müalicəsində istifadə olunur.

Türkiyədə iki növü olduğu bilinən hörümçək öz yaşayış yerini Afrika, Asiya və Cənubi Avropada tapır.