İnsan alveri ilə mübarizə mövzusunda təlim keçirilmişdir- Özəl

243

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsi çərçivəsində 25 avqust 2023-ci il tarixində Sumqayıt şəhərində “İnsan alveri ilə mübarizə” mövzusunda təlim keçirilmişdir.
Təlimi giriş sözü ilə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq layihənin məqsədi və mərami haqqında iştirakçılara geniş məlumat vermişdir.

Təlimdə təlimçi qismində İnsan alveri ilə mübarizə sahəsində ekspert qismində çalışan Günel Ələkbərova çıxış edərək iştirakçılara insan alveri və onun fəsadları, bu sahəni nizamlayan qanunvericilik, bu sahədə şikayətlərə baxan qurumlar , insan alverinin növləri və göstəriciləri haqqında geniş məlumat vermişdir.

Təlim zamanı real kazuslardan istifadə edilərək iştirakçılar ilə maraqlı qrup məşğələləri keçirilmişdir.
Təlimdə 25 nəfər olmaqla sosial aktiv şəxslər,tələbələr,QHT nümayəndələri və praktik hüquqşunaslar iştirak etmişdir .
Təlimin qiymətləndirilməsi və insan alverinə şərait yaradan amillərin öyrənilməsi barədə təlim iştirakçıları ilə sorğular keçirilmişdir.

Təlim zamanı iştirakçılar ilə mövzu ətrafında aktiv müzakirələr aparılmış və təlimin sonunda iştirakçılara sertifikat təqdim olunumuşdur.

Qeyd edək ki, “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsi 01 iyul 2023 tarixində başlanmış və 31 sentyabr 2023 tarixinədək davam edəcək.