Rusiya işğalçıları “Challenger 2” tanklarından birini vurmuş ola bilər- Özəl

192

Sosialmedia.az xəbər verir ki, Rusiya işğalçıları Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş Britaniyanın “Challenger 2” tanklarından birini vurmuş ola bilər – internetdə tankın yanan videosu yayılıb, BBC xəbər verir.

Jurnalistlər iddia edirlər ki, onun Challenger olduğuna şübhə yoxdur. Videoda fərqli ehtiyat yanacaq çənləri görünür, onlardan biri, ehtimal ki, hücum zamanı yerə düşüb.

Qərb müdafiə agentliyindəki BBC mənbəsi bildirib ki, dörd nəfərlik ekipaj sağ qalıb.

Bu tanklar avqustun sonundan Zaporojjya vilayətində hücumda iştirak edən 82-ci Əlahiddə Hava Hücum Briqadasının tərkibində xidmət göstərir.