“Jest Dilində İcbari Tibbi Sığorta xidmətləri haqqında tədbir təşkil olunub -Özəl

216

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi , “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin icra etdiyi”Jest Dilində İcbari Tibbi Sığorta xidmətləri haqqında məlumat bazanın yaradılması və maarifləndirici tədbirlərin təşkili ” layihəsi icrasını davam etdirir.

Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, ” Layihəsinin adından məlum olduğu kimi layihə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün icbari tibbi siğorta xidmətlərinin jest dilində tərcüməsidir.

İşarət dilində danışan insanlar üçün İcbari Tibbi Sığorta Agentliyinin yutube kanalında Jest dilində baza yaradıldı və İcbari Tibbi Sığorta xidmətlərinə daxil olan zərflər paketindən istifadə qaydası və hansı tibb ocaqlarına necə müraciət olunması qaydaları video tərcümə olundu. Hazırda eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün tərcümə edilən video roliklərin QR hazırlanır . Hazırlanan QR-lar buklet və kitabçalarının üzərinə vurularaq çap ediləcək. “