“Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirildi- Özəl

191

Sosialmedia.az xəbər verir ki, bu gün Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı Bakı şəhəri Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsində “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə QHT sədrləri və rayon ictimaiyyəti iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açılış nitqi ilə başlayan filmin redaktoru, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova Layihə haqqında məlumat verərək qeyd etdi ki, “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmdə Məqsədimiz erməni saxtakarlığını dəqiq faktlarla, xaricdə yaşayan ermənilərə ingilis dilində Azərbaycan alimlərinin və mütəxəssislərin araşdırmasında dünyaya bəyan etməkdir.

Tədbirdə iştirak edən Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Riza-zadə, Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin nümayəndəsi Arzu Əliyeva film haqqında öz təəssüratları ilə bölüşərək, bu filmin bölgələrdə və məktəblərdə yayımlanması təklifini irəli sürdülər.
Qeyd edək ki, Layihənin rəhbəri Gəray Əlibəyov, filmin redaktoru Elnarə Məhərrəmova, quruluşçu rejissor Rais Bəhrami, quruluşçu operator Sənan Əlibəyovdur.

Tədbirin sonunda Layihənin rəhbəri Gəray Əlibəyov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.