Korrupsiyaya qarşı mübarizə mövzusunda seminar keçirilib- Özəl

236

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan cəmiyyətinə miqrantların inteqrasiyası və bu sahədə tədbirlərin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.

Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə “Miqrasiya proseslərinin effektiv idarə olunması və korrupsiya ilə mübarizə” mövzusunda təşkil olunan seminarda qeyri-hökumət təşkilatlarının nümayəndələri və Xidmətin bir qrup əməkdaşı iştirak edib.

Sosialmedia.az xəbər verir ki, Seminarı açıq elan edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və digər aktorlar tərəfindən həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.

Vətəndaş cəmiyyəti instituları ilə qurulan əməkdaşlıq əlaqələrinin səmərəliliyi barədə danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev bu istiqamətdə birgə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Seminarda “Miqrasiya proseslərinin effektiv idarə olunması və korrupsiyaya qarşı mübarizə: nəzəri və praktiki aspektlər” mövzusunda geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Aradşrımalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov korrupsiyanın yaratdığı təhlükələr barədə danışıb, korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu sahədə əsas anlayışlar, hüquqpozmaların subyektləri, korrupsiya riskləri və digər məsələlər haqqında geniş məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.