Almaniyada ilk dəfə “Açıq Təhsil İmam Hatip Liseyi” açılıb- Özəl

227

Sosialmedia.az xəbər verir ki, Hamburqdakı Bergedorf DİTİB Kocatepe Məscidində təşkil edilən tədbirlə Açıq Təhsil İmam Hatip Liseyi tanıdıldı.

Layihəni uğurla başa vuran xaricdəki tələbələrə intensiv kurs proqramı ilə 3 ilin sonunda Türkiyədə orta məktəb diplomuna bərabər olan diplom veriləcək.

Tədbirdə iştirak edən gənclərə müraciət edən DİTİB sədri Məhərrəm Kuzey, “Bizim gənclərimiz bu cəmiyyətdə Peyğəmbərimizin mərhəmət mühitini yetişdirəcək, sizə baxanda İslamın mərhəməti, tolerantlığı hiss olunacaq nəsillərdir. Sən bizim gələcəyimiz olacaqsan”. dedi.

DİTİB Hamburg-Schleswig Holstein Dini Məsləhət Şurasının sədri Osman Dikeç Şimali Almaniyada yaşayan gənclərin sıx tələbləri ilə bu proqramı başlatdıqlarını söylədi.

Dikeç proqramla bağlı bunları qeyd edib:

“Proqramda kişi və qız tələbələr ərəb dili, hədis, Quran, təfsir və ritorika kursları ilə yanaşı sahə kursları da alacaqlar. Dərslər yalnız həftə sonları DİTİB-ə bağlı Bergedorf Kocatepe Məscidi və Pinneberq Yeni Məscidində mütəxəssis müəllimlər tərəfindən üzbəüz veriləcək. Təhsil daha çox 15-25 yaş aralığını əhatə edəcək.

9, 10, 11 və 12-ci sinifləri əhatə edən 4 illik təhsil prosesi xaricdə tələbələr üçün intensiv proqramla 3 ilə başa çatdırılacaq. “Təlimi uğurla başa vuran tələbələrə Türkiyədə orta məktəb diplomuna bərabər olan etibarlı diplom veriləcək”.