İsrailin Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 704-ə yüksəlib- Özəl

194

Sosialmedia.az xəbər verir və, 16 ildir İsrailin mühasirəsində olan Qəzza zolağına İsrailin hücumlarında həyatını itirənlərin sayı 143-ü uşaq, 105-i qadın olmaqla 704-ə yüksəlib. Bundan əlavə, İsrail döyüş təyyarələrinin Qəzzanın qərbindəki Rimal rayonunda bir binanı hədəf almasını çəkən iki fələstinli jurnalist hücumda həlak olub.

Fələstin Səhiyyə Nazirliyi Facebook səhifəsində verdiyi yazılı açıqlamada, İsrailin Qəzzaya endirdiyi hava hücumları və İordan çayının qərb sahilindəki hadisələrdə həyatını itirənlərin sayını yeniləyib.

Açıqlamada ölənlərin sayının 143-ü uşaq, 105-i qadın olmaqla 704-ə yüksəldiyi, yaralananların sayının isə təxminən 4 min nəfər olduğu qeyd edilib.