Prezident Ərdoğanın İsrail-Fələstin münaqişəsi ilə bağlı çoxşaxəli diplomatiyası- Özəl

213

Sosialmedia.az xəbər verir ki, Türkiyə İsrail-Fələstin münaqişəsini bölgənin digər ölkələrinə sıçramadan sona çatdırmaq və tərəflər arasında danışıqlara başlamaq üçün çoxşaxəli diplomatiya aparır. Bu çərçivədə prezident Rəcəb Tayyib Ərdoğan qarşıdurmaların başladığı ilk andan bir çox liderlə görüşlər keçirdi.

Prezident Ərdoğan ötən gün təxminən 4 saat davam edən Prezident Kabinetinin iclasına fasilə verib və İsrail-Fələstin gündəmini müzakirə edib.

Bu çərçivədə ilk olaraq Malayziyanın baş naziri Ənvər İbrahimlə telefonda danışan Ərdoğan, İsrail-Fələstin kontekstindəki son hadisələrlə bağlı qiymətləndirmələr aparıb.

Ərdoğan daha sonra Fələstin prezidenti Mahmud Abbasla telefonla danışıb və Türkiyənin bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sakitliyin təmin olunması üçün hər cür səy göstərdiyini bildirib.