Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfərə yola düşüb- Özəl

172

Sosialmedia.az xəbər verir ki, 18 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.