Reabilitasiya Mərkəzində Zəfər Günü ilə bağlı tədbir təşkil olundu- Özəl

404

Sosialmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində 8-Noyabır Zəfər günü münasibəti ilə tədbir təşkil oludu.

Tədbirdə dövlət himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra, mərkəzin Direktor müavini Nurlana Şahinli tədbiri açıq elan edərək gələn qonaqları salamladı. O, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd etdi. Zəfər Günü ilə bağlı tədbir iştrakçılarına ətraflı məlumat verib, Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazmasını vurğuladı.

Möhtəşəm qələbənin əldə edilməsində müasir hərbi biliklər və döyüş bacarıqlarına sahib olan qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırdı.

Tədbirin davamında tədbirə dəvət olunmuş İstedadlı Əlillər İctimai birliyin üzvlərinin, əlilliyi olan musiqiçilərin ifalarında Vətənpərvər mahnılar səsləndirildi.
44 günlük vətən müharbəsi qazisi Məhbud Əhmədovun, İƏİB-nin istedadlı üzvləri Mansur Rəhimov, Fidan Quluyeva, Nərmin Əliyeva, Mehman Qəhrəmanov, Pərvanə Hüseyinovanın bir-birindən gözəl musiqiləri səsləndirildi. ƏSA Teatırının aktrisası Günay Mamedovanın Şəhid anasına həsir etdiyi Monoloq tədbir iştrakçıları tərəfindən alqışla qarşılandı.
Sonda tədbir iştrakçıları mərkəzinin rəhbərliyi tərəfindən təşəkürnamə ilə təltif olundular.

İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov çıxış edərək bildirdi ki, Azərbaycan ordusu 44 günlük vətən müharbəsində elə bir sücayət görsətdi və bir çox dünya ölkələri Azərbaycan ordusunun qələbəsindən, zəfərindən örnək götrəcəklərini dilə gətirmişlər. Tədbirin sonunda Qubad Qasımov Respublika Reabilitasiya mərkəzinin rəhbəri Vüsalə xanım Kazımovaya İƏİB-yi adından minnədarlığını bildirərək, tədbirə birliyin istedadlı üzvlərini dəvət edib, əməkdaşlıq etdikləri üçün ictimai birlik adından təşəkkürünü bildirdi.