Azərbaycan Boccia İdman Federasiyası ilə SENİ şirkəti arasında görüş keçirilib-Özəl

341

Boccia İdman Federasiyası SENİ şirkəti ilə əməkdaşlığı davam etdirəcək. Bu barədə Azərbaycan Boccia İdman Federasiyasının prezidenti Vüqar Behbudovun SENİ şirkətinin nümayəndəsi Fəridə Fərziyeva ilə keçirilən görüşündə bildirilib.

Sosialmedia.az xəbər verir ki, 15 dekabrda Azərbaycanda Boccia idman növü üzrə “SENİ Cup” Azərbaycan Çempionatı baş tutacaq. Bununla bağlı təşkilati işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Çempionatın qrup mərhələləri üzrə yarışları 11 dekabr tarixində başlayacaq. Final mərhələsi isə 15 dekabr tarixində Bakı şəhərində olacaq və nəticələrə əsasən Boccia üzrə Azərbaycan Milli Komandası formalaşdırılacaq. Yarışda Azərbaycanın bütün regionlarından 70-dən çox fiziki məhdudiyyətli idmançılar iştirak edəcəklər.