Hərbi Tibb Fakültəsinin rezidentlərinin konfransı keçirilib-Özəl

320

Hərbi Tibb Fakültəsində 44 günlük Vətən müharibəsinin III ildönümünə həsr olunmuş adyunkt və Hərbi Tibb Fakültəsinin rezidentlərinin konfransı keçirilib.

Tədbirdə Milli Müdafiə Universitetinin, Tibb İdarəsinin və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bu cür konfransların keçirilməsinin vacibliyindən danışıb, ölkəmizdə hərbi tabəbət elminin inkişafı istiqamətində və gələcəkdə elmi kadrların hazırlamasında böyük addımlar atıldığını vurğulayıblar.

Qeyd olunub ki, konfransda hərbi təbabət istiqamətində 16-sı hərbi cərrahiyə, 14-ü isə hərbi terapiya ixtisası üzrə olmaqla ümumilikdə 30 adda tezis qəbul edilib.

Daha sonra konfransda məruzələr dinlənilib.

Tədbirin yekununda çıxışçılara sertifikatlar təqdim edilib.