Egey dənizində 4,3 bal gücündə zəlzələ baş verib-Özəl

217

Sosialmedia.az xəbər verir ki, Egey dənizində, Muğlanın Datça mahalı sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 00.40-da episentri Egey dənizində olmaqla 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Muğlanın Datça mahalı sahillərindən təxminən 27,63 kilometr aralıda baş verən zəlzələnin 14,82 kilometr dərinlikdə olduğu müəyyən edilib.